IEA-nın icraçı direktoru: Azərbaycanla COP29 çərçivəsində sıx əməkdaşlıq etmişik

IEA-nın icraçı direktoru: Azərbaycanla COP29 çərçivəsində sıx əməkdaşlıq etmişik Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Enerji Agentliyi (IEA) ilə sıx əməkdaşlıq edib.
Xarici siyasət
13 mart 2025 12:01
IEA-nın icraçı direktoru: Azərbaycanla COP29 çərçivəsində sıx əməkdaşlıq etmişik

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Enerji Agentliyi (IEA) ilə sıx əməkdaşlıq edib.

“Report” xəbər verir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol XII Qlobal Bakı Forumunun açılışında bildirib.

F.Birol bu faktı və əməkdaşlığın nəticələrini məmnunluqla vurğulayıb: "Bu günə qədər COP-un 29 konfransı təşkil edilib. Bəziləri uğurlu olub, bəziləri yox. Bütün çətinliklərə və ziddiyyətlərə baxmayaraq, COP29-da çox mühüm nəticələr əldə edilib".

IEA-nın rəhbəri, həmçinin vurğulayıb ki, ölkələr qlobal iqlim dəyişikliyi ilə mübarizə üçün birləşməlidirlər: "Qlobal Bakı Forumu birləşmək üçün yaxşı fürsətdir. Son 9 ayda üçüncü dəfədir ki, Bakıdayam. Buraya qayıtmaq həmişə sevindiricidir".

Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi