Yuxarı
    Bağlamaq

    ​Estoniyanın XİN rəhbəri Bakıdakı faciə ilə bağlı başsağlığı verib

    Faciənin toxunduğu hər bir kəsə səmimi qəlbdən başsağlığı verirəm

    Bakı. 20 may. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Keyt Pentus-Rozimannus çərşənbə axşamı Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarova başsağlığı verib.

    "Report" Estoniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    "Faciənin toxunduğu hər bir kəsə səmimi qəlbdən başsağlığı verirəm", - deyə Pentus-Rozimannus azərbaycanlı həmkarına ünvanladığı məktubda yazıb.

    Mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər həyatını itirib, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı bir nəfər saxlanılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi