Estoniya XİN başçısı: "Azərbaycanın "Asiyanın qəlbi" çərçivəsində konfrans keçirməsini yüksək qiymətləndiririk"

Estoniya XİN başçısı: "Azərbaycanın "Asiyanın qəlbi" çərçivəsində konfrans keçirməsini yüksək qiymətləndiririk" "Asiyanın qəlbi" - İstanbul prosesi regional əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformdır"
Xarici siyasət
1 Dekabr , 2017 12:41
Estoniya XİN başçısı: Azərbaycanın Asiyanın qəlbi çərçivəsində konfrans keçirməsini yüksək qiymətləndiririk

Bakı. 1 dekabr. REPORT.AZ/ "Asiyanın qəlbi" - İstanbul prosesi regional əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformdır".

Bunu "Report"a “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində bu gün Bakıda keçirilən “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransında Avropa İttifaqını təmsil edən Estoniyanın xarici işlər naziri Sven Mikser deyib.

Onun sözlərinə görə, "Asiyanın qəlbi" - İstanbul Prosesi" çərçivəsində nazirlərin hər il baş tutan görüşləri tərəqqinin qiymətləndirilməsi üçün mühüm hadisədir: "Regional iqtisadi əməkdaşlıq sahəsində əldə olunan tərəqqi, xüsusilə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında "Lapis Lazuli" dəhlizi barədə Sazişin imzalanması bizi heyrətləndirdi. Aİ-nin qonşu tərəfdaş ölkələrlə və onların öz aralarında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə yönəldilmiş çoxdan dəstəklənən layihələri var".

"Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılması bir daha onu sübut edir ki, Mərkəzi Asiya və Əfqanıstan Xəzər regionundan heç də uzaqda yerləşmir və Avropa regionu ilə əlaqə yarada bilər. Azərbaycanın "Asiyanın qəlbi" - İstanbul prosesi ölkələrinin nazirlərinin konfransına ev sahibliyi etməsini yüksək qiymətləndiririk", - S.Mikser bildirib.

Son xəbərlər

Orphus sistemi