Estoniya XİN başçısı Azərbaycanda səfərdədir

Estoniya XİN başçısı Azərbaycanda səfərdədir Görüşlərdə Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivləri, Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq
Xarici siyasət
12 İyun , 2017 10:24
Estoniya XİN başçısı Azərbaycanda səfərdədir

Bakı. 12 iyun. REPORT.AZ/ Estoniyanın xarici işlər naziri Sven Mikser Azərbaycanda rəsmi səfərdədir.

"Report" Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıya səfəri zamanı S.Mikser Azərbaycanın baş naziri Artur Rasi-zadə, xarici işlər naziri Elmar Məmmədyarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivləri, aktual regional məsələlər, Azərbaycan və Aİ arasında əməkdaşlıq məsələləri, o cümlədən Şərq Tərəfdaşlığı sammiti müzakirə olunacaq.

İyunun 13-də S.Mikser Ermənistana səfərə yollanacaq.

Son xəbərlər

Orphus sistemi