Estoniya parlamentinin nümayəndə heyəti Şuşada olub

Estoniya parlamentinin nümayəndə heyəti Şuşada olub Azərbaycanda rəsmi səfərdə olan Estoniya Respublikası Parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Şuşa şəhərində olub.
Xarici siyasət
24 May , 2022 15:07
Estoniya parlamentinin nümayəndə heyəti Şuşada olub

Azərbaycanda rəsmi səfərdə olan Estoniya Parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Şuşa şəhərində olub.

"Report"un xəbərinə görə, qonaqları Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova, Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov, Estoniyanın Azərbaycandakı səfiri Anneli Kolk və digər rəsmi şəxslər müşayiət ediblər.

Şuşada qonaqları Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayıb, onlara Şuşanın tarixi, işğal dövründəki vəziyyəti və bu gün Şuşada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur.

Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray ilə tanış olublar. Bildirilib ki, bu məscidlərdə təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə aparılır. Diqqətə çatdırılıb ki, bu yaxınlarda Prezident İlham Əliyev Şuşa şəhərində tikiləcək yeni məscidin təməlini qoyub.

Estoniya parlament nümayəndə heyətinin üzvləri Şuşa şəhərində gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar.

Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın Sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəlləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi