Estoniya parlamentinin nümayəndə heyəti Bakıda səfərdədir

Estoniya parlamentinin nümayəndə heyəti Bakıda səfərdədir Estoniyalı parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını, habelə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
Xarici siyasət
28 Fevral , 2017 17:20
Estoniya parlamentinin nümayəndə heyəti Bakıda səfərdədir

Bakı. 28 fevral. REPORT.AZ/ Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Bakıda səfərdədirlər.

"Report" xəbər verir ki, nümayəndə heyətinə dostluq qrupunun sədr müavini Eynar Valbaum rəhbərlik edir.

Estoniyalı parlamentarilər Fəxri xiyabanı və Şəhidlər xiyabanını, habelə Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Bundan başqa, parlament üzvləri Milli Məclisdə olaraq, azərbaycanlı həmkarları ilə görüşüblər.

Son xəbərlər

Orphus sistemi