Ersin Tatar Şimali Kiprin müstəqilliyinin tanınmamasının səbəbini açıqlayıb

Ersin Tatar Şimali Kiprin müstəqilliyinin tanınmamasının səbəbini açıqlayıb “Şimali Kipr Türk Respublikasının tanınması ilə bağlı beynəlxalq ictimaiyyətdən hər hansı bir gözləntim yoxdur”.
Xarici siyasət
141
10 Dekabr , 2021 13:27
Ersin Tatar Şimali Kiprin müstəqilliyinin tanınmamasının səbəbini açıqlayıb
Ersin Tatar

“Şimali Kipr Türk Respublikasının tanınması ilə bağlı beynəlxalq ictimaiyyətdən hər hansı bir gözləntim yoxdur”.

“Report”un xəbərinə görə, bu fikirləri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən deyib.

“Siyasi baxımdan problem olduğuna görə bizi tanımırlar. Bizim bir az səbrli olmağımız lazımdır. Bizim çox ağıllı insanlarımız var. Öz dövlətimizi gücləndirmək üçün əlimizdən gələni etməkdəyik. Tanınma isə sonra gələcək. Mən Azərbaycan xalqının sevgisini qazanmaq üçün qardaş ölkəyə gəlmək istəyirəm. Mən xalqın seçilmiş bir lideriyəm”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi