Prezident: "Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq"

Prezident: "Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq" “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq”
Xarici siyasət
335
16 İyun , 2021 16:40
Prezident: Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

“Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bugünkü xüsusi iclasında çıxışı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz:

“Bu zəfəri hər kəsin ortaq zəfəri halına gətirmək bizlərin əlindədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “dünya 5-dən böyükdür” deyərək qlobal miqyasda da aparırıq”.

Son xəbərlər

Orphus sistemi