Ermənistanın Kiyevdəki səfirliyi qarşısında “Rədd ol Qarabağdan!” aksiyası keçirilib - VİDEO

Ermənistanın Kiyevdəki səfirliyi qarşısında “Rədd ol Qarabağdan!” aksiyası keçirilib - VİDEO Havaya Xocalı şəhidlərinin sayı qədər qara şar buraxılıb
Xarici siyasət
25 Fevral , 2017 21:48
Ermənistanın Kiyevdəki səfirliyi qarşısında “Rədd ol Qarabağdan!” aksiyası keçirilib - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və birgə təşəbbüsü ilə Ermənistanın Kiyevdəki səfirliyi qarşısında Xocalı soyqrımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.

BUAK-dan “Report”a verilən məlumata görə, etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk, Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan soydaşlarımızla yanaşı türk, İran, tatar və bir sıra xalqların diaspora nümayəndələri iştirak ediblər.

Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. İndiki erməni daşnak hakimiyyətinə ağır ittihamların səsləndiyi aksiyada “Rədd ol Qarabağdan!“, “Terrora son qoy!“, “Qarabağ bizimdir, bizim olacaq!”, “Xocalı soyqrımına görə cavab verəcəksiniz” kimi şüarlar səsləndirilib. Ermənistan səfirliyinin qarşısına avtobuslar yığmaqla aksiyanın keçirilməsinə maneəçilik törətməyə cəhd göstərilsə də, soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş tutmayıb.

Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər birliyinin sədri İlhamə Allahverdiyeva, “İşıq” dini cəmiyyətinin sədri Əbülfəz Qasımov və Xocalı sakini olan Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək Azərbaycanda işğalçılıq və soyqrımı siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyə səsləyiblər. Aksiyada xüsusi fəallıq göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları isə Ermənistan səfirliyinin qarşısında üzərinə “Xocalı soyqrımına görə cavab verəcəksiniz” yazılmış şəffaf qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salaraq, oradan havaya xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi