“Sülhməramlıların bugünkü erməni təxribatına göz yumması onların regionda qalma müddətini qısaldacaq” - RƏY

“Sülhməramlıların bugünkü erməni təxribatına göz yumması onların regionda qalma müddətini qısaldacaq” - RƏY “Aprelin 22-də Ermənistan tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı törədilən mina təxribatına sülhməramlıların göz yumması onların regionda qalma müddətini daha da qısaldacaq".
Xarici siyasət
22 Aprel , 2023 19:47
“Sülhməramlıların bugünkü erməni təxribatına göz yumması onların regionda qalma müddətini qısaldacaq” - RƏY

“Aprelin 22-də Ermənistan tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı törədilən mina təxribatına sülhməramlıların göz yumması onların regionda qalma müddətini daha da qısaldacaq".

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

“Ermənistan terrorçu dövlət olaraq ən müxtəlif vasitələrdən Azərbaycana qarşı istifadə edib və bu gün də etməkdə davam edir. Onun bu əməlləri beynəlxalq təşkilatlar, regionda sülh istəyən qüvvələr tərəfindən şiddətlə pislənilməlidir. Ermənistan nəzərə almalıdır ki, onun heç bir təxribatı cavabsız qalmayacaq. İkincisi, bu addımlar sülhü Ermənistan üçün əlçatmaz edəcəkdir ki, bu da həmin dövlətin süqutunu yaxınlaşdıracaq”, - deputat qeyd edib.

H.Babaoğlunun fikrincə, hadisənin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altındakı ərazidə törədilməsi, onların minaların basdırılmasına göz yumması Ermənistana loyallıq göstərilməsi deməkdir:

“Bu təxribat öz-özlüyündə əvvəlcədən planlaşdırılmış mina terrorudur. Hadisədən sonra zərərçəkənlər üçün yardıma gələnlərə qarşı təxribat Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyur. Ancaq, şübhəsiz ki, bu, belə davam edə bilməz. Ermənistanın Azərbaycan ərazisinə qarşı atılan hər bir addımı necə cəzalandırılıbsa, bu terror da öz layiqli qiymətini alacaq. Ermənistan bu terrora görə cavab verməli olacaq”.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.

Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Son xəbərlər

Orphus sistemi