Ermənistan XİN: "Aİ-nin monitorinq missiyası kifayət qədər səmərəli işləyir”

Ermənistan XİN: "Aİ-nin monitorinq missiyası kifayət qədər səmərəli işləyir” “Aİ-nin Azərbaycanla sərhəddə monitorinq missiyası kifayət qədər səmərəli işləyir”.
Xarici siyasət
17 Noyabr , 2022 13:59
Ermənistan XİN: Aİ-nin monitorinq missiyası kifayət qədər səmərəli işləyir”

Rəsmi İrəvan Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədində fəaliyyət göstərən monitorinq missiyasının işini kifayət qədər səmərəli sayır.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Ovannisyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proses davam edir: “Nümayəndələr vaxtaşırı Avropa İttifaqı üçün hesabatlar hazırlayırlar”.

P.Hovhannisyanın sözlərinə görə, müşahidəçilərin hər hansı pozuntu qeydə alıb-almaması barədə XİN-də məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi