Ermənistan KİV: İlham Əliyev və Serj Sarkisyan gələn həftə Cenevrədə görüşəcək

Ermənistan KİV: İlham Əliyev və Serj Sarkisyan gələn həftə Cenevrədə görüşəcək Bu barədə erməni deputat Armen Aşotyan məlumat verib
Xarici siyasət
104
12 Oktyabr , 2017 22:27
Ermənistan KİV: İlham Əliyev və Serj Sarkisyan gələn həftə Cenevrədə görüşəcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentləri gələn həftə Cenevrədə görüşəcək.

“Report” Ermənistanın “lragir.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının iclası zamanı deputat Armen Aşotyan məlumat verib.

“İclas zamanı biz həm də Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Cenevrədə baş tutacaq görüşünə toxunduq”, - deyə o bildirib.