​Azərbaycan Prezidenti: “Ermənistan heç nökər adına da layiq deyil”

​Azərbaycan Prezidenti: “Ermənistan heç nökər adına da layiq deyil” “Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir”
Xarici siyasət
28 Yanvar , 2015 10:34
​Azərbaycan Prezidenti: “Ermənistan heç nökər adına da layiq deyil”

Bakı. 28 yanvar. REPORT.AZ/ “Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında deyib.

Prezident Ermənistandakı ağır durumdan dadanışıb: “Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq”.

Son xəbərlər

Orphus sistemi