Ermənistan ərazisindəki Azərbaycan toponimlərinin interaktiv xəritəsi təqdim olunub

Ermənistan ərazisindəki Azərbaycan toponimlərinin interaktiv xəritəsi təqdim olunub Bakıda Müasir Ermənistan ərazisindəki Azərbaycan toponimləri interaktiv xəritə portalının təqdimatı keçirilib.
Xarici siyasət
9 Oktyabr , 2019 12:41
Ermənistan ərazisindəki Azərbaycan toponimlərinin interaktiv xəritəsi təqdim olunub

Bakıda "Müasir Ermənistan ərazisindəki Azərbaycan toponimləri" interaktiv xəritə portalının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, layihə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilib.

Təqdimatda çıxış edən Birliyin rəhbəri, layihənin koordinatoru Şəlalə Həsənova qeyd edib ki, bu, onlayn platformada (www.realmap.az) toponimlərin həqiqi panoraması və bu gün Ermənistanda hər cür saxtalaşdırılmış demoqrafik faktlar təqdim olunub.

Portalın əsasını təşkil edən interaktiv xəritədə orta əsrlərdən Qərbi Azərbaycanda mövcud olmuş 400 Azərbaycan kəndi tam dəqiq coğrafi koordinatları üzrə yerləşdirilib. Qan damlalarını xatırladan qırmızı nişanları kliklədikdə hər kəndin türk mənşəli toponimi, onun erməniləşdirildiyi tarix və müxtəlif illərdə orada yaşayan azərbaycanlıların sayı barədə məlumat almaq olur.

Yeni platformanın istifadəyə verilməsini jurnalistlərə şərh edən Azərbaycan Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, bu layihə Azərbaycan tarixi ilə bağlı həqiqətləri həm gənclərə, həm də dünya ictimaiyyətinə çatdırmağa kömək edəcək.

Xəritə ilə yanaşı, portalda “Ermənistanda Azərbaycan toponimləri”, “Əhali”, “Arxiv sənədlər” kimi yardımçı bölmələr də yer alıb. Burada mövzu üzrə cədvəllər, ətraflı məlumatlar, nadir sənədlər yerləşdirilib, kəndlərin adları əlifba sırası ilə verilib və 1918-1920-ci illərdə daşnakların hakimiyyəti dövründə hər kənddə azərbaycanlıların soyqırımına dəlalət edən statistik məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi