Ermənilərin törətdiyi soyqırımla bağlı ingilis dilində çap edilmiş iki kitabın təqdimat mərasimi keçirilib

Ermənilərin törətdiyi soyqırımla bağlı ingilis dilində çap edilmiş iki kitabın təqdimat mərasimi keçirilib “Müəllif özünün birbaşa şahidi olduğu, etibarlı mənbələrdən istifadə etməklə həqiqətləri açıb”
Xarici siyasət
23 Aprel , 2015 12:11
Ermənilərin törətdiyi soyqırımla bağlı ingilis dilində çap edilmiş iki kitabın təqdimat mərasimi keçirilib

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Mir Mövsüm Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” və deputat Musa Qasımlının “Erməni məsələsindən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)”adlı ingilis dlində nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib.

“Report”un məlumatına görə, təqdimat mərasimində Milli Məclisin deputatları, universitetin professor heyəti iştirak edib.

Tədbirdə çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov deyib ki, həm Azərbaycanı, həm də Türkiyəni “soyqırım”la hədələyən qonşular var: “Bu, iki əsrdir ki, davam edir. Ermənlər “soyqırım” iddiaları ilə həmişə gündəmə gəlməyə çalışıblar”.

Sonra universitetin İngilis dilinin tərcüməsi kafedrasının dosenti Fialə Abdullayeva “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı kitab haqqında məlumat verərək qeyd edib ki, kitabda olan faktlar Azərbaycanın haqq səsini dünyaya çatdıracaq: “Müəllif özünün birbaşa şahidi olduğu, etibarlı mənbələrdən istifadə etməklə həqiqətləri açıb”.

ADU-nun Dünya siyasəti İnsititunun böyük elmi işçisi Rahil Nəcəfov da “Erməni məsələsindən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı kitabla bağlı məlumat verib. O vurğulayıb ki, bu kitab Azərbaycan tarixi, ədəbiyyatı üçün çox vacibdir: “Bilirsiniz ki, erməni məsələsi təkcə Azərbaycanın, Türkiyənin deyil, bütövlükdə türk dünyasının başında oynanılan oyundur. Bu kitabda da ermənilərlə bağlı faktlar qeyd olunub. Kitabda arxiv materiallarından istifadə edilməklə tarixlə bağlı məlumat verilib. Ermənilərin vahid vətəni olmayıb. Onlar harada olublarsa, orada özlərindən sonra mədəniyyət, sivilizasiya deyil, qan, müharibələr buraxıblar”.

Deputat Sahib Alıyev çıxış edərək qeyd edib ki, “soyqırım” məsələsinin hallandırılmasında ermənilərdən daha çox başqa güclər maraqlıdır: “Ermənilər də bu işdə aktivlik göstərirlər, onlar “soyqırım”la bağlı 3000 kitab nəşr etdiriblər, 37 ölkədə xeyli nəşrlər buraxıblar. Hər kəs bilir ki, Ermənistan dövlətini kim yaradıb. Amma biz bu məsələdə Rusiyanı suçlasaq da, qərb dövlətləri bu məsələdə daha maraqlı görünür. Qərbin mövqeyinə diqqət etdikdə görərik ki, Rusiya daha çox Türkiyənin və Azəraycanın maraqlarına cavab verir. Onlar daim Türkiyə ərazisində erməni dövlətinin yaradılmasına çalışıblar. Amerika prezidenti Teodor Ruzvelt də ermənilərin təbliğatçısı kimi çıxış edirdi. Bütün bunlar faktdır. Hazırda erməni yalanlarının ifşa olunması ilə bağlı Azərbaycanda nəşr olunan kitablar çox əhəmiyyətlidir. Bu istiqamətdə səylərimizi artırmalıyıq”.

Son xəbərlər

Orphus sistemi