Erməni təcavüzü, 44 günlük müharibə Meksika mətbuatında

Erməni təcavüzü, 44 günlük müharibə Meksika mətbuatında Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından günümüzə qədərki inkişaf xronikası haqda məqaləsi dərc olunub.
Xarici siyasət
28 Oktyabr , 2021 06:34
Erməni təcavüzü, 44 günlük müharibə Meksika mətbuatında

Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından günümüzə qədərki inkişaf xronikası haqda məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən "Report"a verilən məlumata görə, yazıda Meksika Milli Tarix və Coğrafiya Akademiyasında Müstəqilliyin Bərpası Günü münasibətilə keçirilmiş “Azərbaycan müstəqilliyinin 30 ili – çətinliklərdən uğura doğru” adlı təqdimata da istinad edən müəllif, ölkəmizin qədim dövlətçilik tarixi, müstəqilliyin bərpasından sonra qarşılaşdığı çətinliklər, Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin güclənməsi və hərtərəfli inkişafındakı müstəsna rolu, Azərbaycanın çoxşaxəli neft-qaz strategiyası, sosial-iqtisadi uğurları, ölkədə yaradılmış əlverişli biznes mühiti və nüfuzlu beynəlxalq reytinq agentliklərinin bu göstəricilər üzrə ölkəmizə dair yüksək qiymətləndirmələri haqda məlumat verib.

Məqalədə həmçinin erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, işğladan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş dağıntılar, ekoloji terror halları və kütləvi minalama haqda danışılır, habelə bu ərazilərin yenidən qurulması istiqamətində ötən 11 ay ərzində Azərbaycan tərəfindən görülmüş işlərdən bəhs olunur.

Son xəbərlər

Orphus sistemi