Erməni separatçıları rəhbərinin Londona dəvət edilməsi britaniyalı siyasətçilərin etirazına səbəb olub

Erməni separatçıları rəhbərinin Londona dəvət edilməsi britaniyalı siyasətçilərin etirazına səbəb olub Lord Kilkluni: "Tədbirə Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi"
Xarici siyasət
7 İyul , 2015 13:17
Erməni separatçıları rəhbərinin Londona dəvət edilməsi britaniyalı siyasətçilərin etirazına səbəb olub

Bakı. 7 iyul. REPORT.AZ/ "Qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti" Bako Saakyanın Londonda yerləşən "Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu"nda keçiriləcək tədbirdə nitq söyləməsi üçün dəvət olunması heç bir məntiqə sığmır". "Report" xəbər verir ki, bunu Lord Kilklunu Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib.

Onun sözlərinə görə, əslində həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyona yaxın məcburi köçkün düşən Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi: "Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yer-yurdlarından didərgin salanlar. "DQR" rejiminin başçısı Saakyanı beynəlxalq ictimaiyyət tanımır. "Chatham House"un onu bu cür dəvət etməsi öz statusuna xələl gətirir və layiq olmadığı legitimlik səviyyəsini qazandırır".

"Artıq BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və onlara əməl olunmasının vaxtı çatıb"- deyə, Lord Kilkluni vurğulayıb.

Böyük Britaniya Parlamentinin üzvü Stefan Hepbörn da Lord Kilkluninin fikirlərinə şərik çıxıb: "Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın "Chatham House" İnstitutunda nitq söyləməsi üçün dəvət olunması yolverilməzdir. Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur. O, Böyük Britaniyada istənilmir və mən "Chatham House"dan xahiş edirəm ki, onu dəvət etmək barədə yenidən düşünsün". 

Son xəbərlər

Orphus sistemi