Ərdoğanla Zelenski arasında görüş başlayıb

Ərdoğanla Zelenski arasında görüş başlayıb ​​​​​​​Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Volodımır Zelenskini arasında görüş başlayıb
Xarici siyasət
10 Aprel , 2021 17:21
Ərdoğanla Zelenski arasında görüş başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodımır Zelenskini arasında görüş başlayıb.

"Report"un xəbərinə görə, tərəflər Türkiyə Prezidentinin İstanbuldakı Huber iqamətgahında bir araya gəliblər.

Görüşdə regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparılır.

Qeyd edək ki, hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi