Ərdoğan: "Qarabağdakı qələbə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində dönüş nöqtəsidir"

Ərdoğan: "Qarabağdakı qələbə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində dönüş nöqtəsidir" Qarabağdakı qələbə Türkiyə -Azərbaycan əlaqələrinin tarixində bir dönüş nöqtəsidir.
Xarici siyasət
11 Dekabr , 2020 13:25
Ərdoğan: Qarabağdakı qələbə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində dönüş nöqtəsidir
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

“Qarabağdakı qələbə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində bir dönüş nöqtəsidir”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bir millət, iki dövlət” prinsipi Azərbaycanla münasibətlərimizin təməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad olunması ilə müküfatlanıb. 44 günlük müharibənin pərdəarxası hadisələrinin yazılacağına əminəm. Zaman bu işin çox ciddi şahidi olacaq. Qarabağ zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb. İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq” - Türkiyə lideri vurğulayıb.

O, Bakıya səfəri çərçivəsində Azərbaycanla 5 sənədin imzaladığını bildirib.

Son xəbərlər

Orphus sistemi