Yuxarı

Ərdoğan: “Ermənistan odla oynayır”

“Bu münaqişədə Azərbaycan və İlham Əliyev güclənir”

“Bu münaqişədə Azərbaycan və İlham Əliyev güclənir”

Bakı. 28 aprel. REPORT.AZ/ "Məncə, Ermənistan odla oynayır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Xorvatiyada jurnalistlərin Ermənistan və Azərbaycan arasındakı mövcud gərginlik haqda sualını cavablandırarkən deyib.

"Mənə görə, Ermənistan odla oynayır. Türkiyə bu məsələyə xoş niyyət və məramla yanaşır. Bu münaqişədə Azərbaycan və İlham Əliyev güc qazanır. Rusiya da tam mənada Ermənistana dəstək verə bilmir. Çünki Azərbaycanda da mənfəəti var.

Azərbaycanın azad etdiyi ərazilərlə bağlı Ermənistan tərəfi "bizim üçün elə əhəmiyyəti yoxdur" desə də, əslində bu vəziyyətdən Ermənistan qorxmağa başlayıb. Azərbaycanın vəziyyəti əhatəsindəki dövlətlərə, nə Gürcüstana, nə də Ukraynaya oxşamır", - Ərdoğan vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi