Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini
*** 12:15
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
“Report” xəbər verir ki, dövlət başçısı Bakıya doğru yola çıxmamışdan əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib, səfərlə bağlı sualları cavablandırıb.
R.T.Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçiriləcək 7-ci sammitində iştirak edəcək. Türkiyə prezidenti təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
R.T.Ərdoğanın səfəri oktyabrın 15-də başa çatacaq.
Qeyd edək ki, zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.
Bakıda Özbəkistanın təşkilata daxil olması, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərarların qəbul edilməsi gözlənilir.
Sammit zamanı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə Türk Şurasının fəxri sədri adı veriləcək.
Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk