Yuxarı

Ərdəbil valisi Azərbaycana səfər edəcək

Azərbaycanın Təbrizdəki baş konsulu Ərdəbildə bir sıra görüşlər keçirib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əliyzadə İranın Ərdəbil vilayətinə səfər edib.

Baş konsulluqdan "Report"a verilən məlumata görə, Ə.Əliyev səfər zamanı Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş ilə görüşüb.

Görüşdə valinin yaxın aylarda Azərbaycana nəzərdə tutulan səfəri və Ərdəbil Vilayəti ilə əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın prespektivləri müzakirə edilib.

Baş konsul Ərdəbil Ticarət Palatasının üzvləri ilə də görüşüb. Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi və mövcud məsələlərin həlli yolları müzakirə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi