Ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı “Şərq Tərəfdaşlığı”nın əsas elementi elan edilib

Ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı “Şərq Tərəfdaşlığı”nın əsas elementi elan edilib Yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsindəki birgə siyasəti haqqında” qətnamə qəbul edilib.
Xarici siyasət
15 Yanvar , 2020 18:06
Ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı “Şərq Tərəfdaşlığı”nın əsas elementi elan edilib

Yanvarın 15-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında mütləq səs çoxluğu ilə “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsindəki birgə siyasəti haqqında” qətnamə qəbul edilib.

“Report” xəbər verir ki, sənədin 36-cı maddəsində Aİ-nin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində “Şərq Tərəfdaşlığı” ölkələrinin hamısının suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini dəstəkləmək və bu ölkələrin münaqişədən əziyyət çəkən vətəndaşlarına – qaçqın və məcburi köçkünlərə dəstəyi gücləndirmək üzrə öhdəlikləri təsdiq edilir.

Bir çox digər AP sənədlərindən fərqli olaraq, “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsindəki birgə siyasəti haqqında” qətnamə deklarativ yox, doktrinal xarakter daşıyır, başqa sözlə, o, Aİ-nin icra strukturlarını Birliyin xarici siyasətinin hazırlanması və həyata keçirilməsində tənzimləyici müddəaları nəzərə almağı tələb edir.

Qeyd edək ki, həmişə AP-nin Xarici İşlər Komitəsinin sədri tərəfindən hazırlanan qətnamə hər il qəbul edilir. Orada il ərzində görülən işlərin təhlili, eləcə də Aİ-nin gələn il üçün əsas prioritetləri və perspektivləri əksini tapır.

Son xəbərlər

Orphus sistemi