Emoməli Rəhmon: "Dövlətlərarası münasibətləri və çoxplanlı əməkdaşlığı tez bir zamanda daha yüksək səviyyəyə qaldırmaq üçün bütün zəruri imkanlar var"

Emoməli Rəhmon: "Dövlətlərarası münasibətləri və çoxplanlı əməkdaşlığı tez bir zamanda daha yüksək səviyyəyə qaldırmaq üçün bütün zəruri imkanlar var" Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib.
Xarici siyasət
10 Avqust , 2018 23:51
Emoməli Rəhmon: Dövlətlərarası münasibətləri və çoxplanlı əməkdaşlığı tez bir zamanda daha yüksək səviyyəyə qaldırmaq üçün bütün zəruri imkanlar var

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun şərəfinə rəsmi ziyafət verilib.

"Report" xəbər verir ki, dövlət başçıları rəsmi ziyafətdə çıxış ediblər.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dost Azərbaycana rəsmi səfərə dəvətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident Emoməli Rəhmon nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və diqqətə görə dövlətimizin başçısına və Azərbaycan xalqına təşəkkür edib. Azərbaycanda bir neçə dəfə səfərdə olduğunu xatırladan Tacikistan dövlətinin başçısı budəfəki səfərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, səfərin çox yaxşı nəticələri var və ölkələrimiz arasında tarixin sınağından çıxmış əlaqələr əməkdaşlıq haqqında yeni sazişlərlə bu gün daha da möhkəmləndirildi. Tacikistan Prezidenti diqqətə çatdırıb ki, səfər çərçivəsində aparılan konstruktiv və səmimi danışıqlar bir daha sübut etdi ki, dövlətlərarası münasibətləri və çoxplanlı əməkdaşlığı tez bir zamanda daha yüksək səviyyəyə qaldırmaq üçün bütün zəruri imkanlar var. Emoməli Rəhmon Azərbaycan dövlətinin başçısı ilə ənənəvi görüşlərin iki ölkə arasında bütün formatlarda uğurlu qarşılıqlı fəaliyyəti daha da dərinləşdirmək üçün çox vacib olduğunu bildirib.

Xalqlarımızı ümumi tarixin, mədəniyyətin, dinin, adət-ənənələrin birləşdirdiyini vurğulayan Prezident Emoməli Rəhmon deyib:

-Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir.

Azərbaycanın inkişafının Prezident İlham Əliyevin böyük səyləri nəticəsində əldə olunduğunu deyən Tacikistan Prezidenti vurğulayıb ki, qədim tarixi, mədəniyyəti, sivilizasiyası olan Azərbaycan xalqı bu uğurlara layiqdir və Tacikistanda ölkəmizin nailiyyətlərinə sevinirlər.

Son xəbərlər

Orphus sistemi