Elxan Poluxov etimadnaməsini Surinam prezidentinə təqdim edib

Elxan Poluxov etimadnaməsini Surinam prezidentinə təqdim edib Səfir iki ölkələr arasında münasibətlərin genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib
Xarici siyasət
25 Avqust , 2017 18:59
Elxan Poluxov etimadnaməsini Surinam prezidentinə təqdim edib
[email protected]

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycanın Surinamdakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsini ölkə prezidenti Desire Delano Bouterseye təqdim edib. 

Azərbaycanın Braziliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfir Poluxova işində uğurlar arzulayıb.

E.Poluxov Prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Surinam Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Sonra səfir Poluxov Surinam prezidentinə ölkəmiz haqqında ətraflı məlumat verərək ikitərəfli münasibətlər ətrafında müzakirə aparıb.

Son xəbərlər

Orphus sistemi