Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşüb

Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşüb Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 12 may 2022-ci il tarixində Argentina Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb.
Xarici siyasət
15 May , 2022 09:11
Elnur Məmmədov Argentina Senatının üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov 12 may 2022-ci il tarixində Argentina Senatının xarici əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüş zamanı Azərbaycan rəsmisi ikitərəfli parlamentlərarası münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb, Cənubi Qafqaz regionunda Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar, azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Bununla, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik etdiyi nümayəndə heyətinin Latın Amerikasına səfəri başa çatıb.

Son xəbərlər

Orphus sistemi