Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan XİN-in nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan XİN-in nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO İyulun 9-da Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü qeyd olunur
Xarici siyasət
7 İyul , 2017 10:39
Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan XİN-in nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
Report.az

Bakı. 7 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi XİN-in nümayəndə heyəti bu gün iyulun 9-da qeyd olunan Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

"Report" xəbər verir ki, Fəxri Xiyabanı ziyarət edən XİN-in nümayəndə heyəti ümumilli lider Heydər Əliyevin xatirəsini yad edərək onun məzarına əklil qoyublar.

Həmçinin məşhur alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül qoyulub.

Ardından nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəxslərin xatirəsini yad edib.

Qeyd edək ki, Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.

Son xəbərlər

Orphus sistemi