Elmar Məmmədyarov: "Xahiş etmirik, konkret danışıqlar tələb edirik"

Elmar Məmmədyarov: "Xahiş etmirik, konkret danışıqlar tələb edirik" "Rusiya XİN başçısı Sergey Lavrov ilə danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq"
Xarici siyasət
15 Noyabr , 2017 14:07
Elmar Məmmədyarov: Xahiş etmirik, konkret danışıqlar tələb edirik
Report/ Elshan Baba

Bakı. 15 noyabr. REPORT.AZ/ "Rusiyanın xarici işlər naziri başçısı Sergey Lavrov ilə danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Braziliya XİN başçısı Aloiziu Nunes Ferreyra ilə görüşdən sonra jurnalistlərə deyib.

"Danışıqların danışıqlar xatirinə keçirilməsini yox, konkretliyin olmasını istəyirik. Moskvaya prosesin artıq "ölü nöqtə"dən tərpənməsi və münaqişənin həllini vaxtını yetişdiyi tələbi ilə gedirəm. Məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar, regionda sülh olmalıdır", - nazir bildirib.

E.Məmmədyarov bütün prinsiplərin masada olduğunu, danışıqların yenilənmiş Madrid prinsipləri əsasında davam etdirildiyini bildirib.

"Üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyi sabah bəlli olacaq", - XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi