Elmar Məmmədyarov Vyetnam və Laosa rəsmi səfər edəcək

Elmar Məmmədyarov Vyetnam və Laosa rəsmi səfər edəcək O, rəsmi şəxslərlə görüşlər keçirəcək
Xarici siyasət
11 Sentyabr , 2017 17:21
Elmar Məmmədyarov Vyetnam və Laosa rəsmi səfər edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasına və Laos Xalq Demokratik Respublikasına rəsmi səfər edəcək.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov 12-16 sentyabr tarixlərində Vyetnam Sosialist Respublikası və Laos Xalq Demokratik Respublikasında rəsmi səfərdə olacaq.

Səfər əsnasında xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam və Laosun xarici işlər nazirləri və digər rəsmi şəxslər ilə görüşəcək. 

Son xəbərlər

Orphus sistemi