Elmar Məmmədyarov Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ilə görüşüb Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolu xüsusi qeyd edilib
Xarici siyasət
947
20 Fevral , 2017 19:00
Elmar Məmmədyarov Ukrayna-Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ilə görüşüb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə bu il Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyi vurğulanıb və iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından məmnunluq ifadə edilib.

Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana son səfəri və hər iki ölkə başçısının beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib. Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə həmçinin nəqliyyat, energetika, investisiya, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolu xüsusi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi