​Elmar Məmmədyarov: "Üç dövlətin təhlükəsizlik sahəsində əməkdaşlığı terrorçuluğa qarşı daha yaxşı cavab olacaq"

​Elmar Məmmədyarov: "Üç dövlətin təhlükəsizlik sahəsində əməkdaşlığı terrorçuluğa qarşı daha yaxşı cavab olacaq" O, Türkiyədə son günlər törədilən terror hadisələrindən təəssüfləndiklərini, türk xalqı ilə həmrəy olduqlarını söyləyib
Xarici siyasət
19 Fevral , 2016 18:57
​Elmar Məmmədyarov: Üç dövlətin təhlükəsizlik sahəsində əməkdaşlığı terrorçuluğa qarşı daha yaxşı cavab olacaq

Bakı. 19 fevral. REPORT.AZ/ "Regional təhlükəsizlik məsələsi üçtərəfli əməkdaşlığın daha yüksək səviyyədə olmasını tələb etdiyindən biz terrorçuluğa qarşı mübarizəni gücləndirməliyik". 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tbilisidə Türkiyə və Gürcüstandan olan həmkarları ilə keçirdiyi mətbuat konfransında bildirib.

O, Türkiyədə son günlər törədilən terror hadisələrindən təəssüfləndiklərini, türk xalqı ilə həmrəy olduqlarını söyləyib.

Onun sözlərinə görə, üçtərəfli görüşün yekun bəyanatında təhlükəsizlik sahəsində əməkdaşlığn vacibliyi vurğulanıb: "Üç tərəfin hüquq-mühafizə orqanları bu istiqamətdə əməkdaşlıq etməlidir. Üç dövlətin təhlükəsizlik sahəsində əməkdaşlığı terrorçuluğa qarşı daha yaxşı cavab olacaq".

Qeyd edək ki, fevralın 19-da Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü keçirilib.

Son xəbərlər

Orphus sistemi