Elmar Məmmədyarov Türkmənistana rəsmi səfərə gedib

Elmar Məmmədyarov Türkmənistana rəsmi səfərə gedib Azərbaycanın xarici işlər nazirinin türkmənistanlı həmkarı və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub
Xarici siyasət
31 Yanvar , 2018 09:53
Elmar Məmmədyarov Türkmənistana rəsmi səfərə gedib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elshan Baba

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Nümayəndə heyətinin təkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.

Qeyd edək ki, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olub. 

R.Meredov 2017-ci ildə isə Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib. 

Son xəbərlər

Orphus sistemi