Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına yola düşüb.
Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən bildirilib.
Məlumata görə, səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçiriləcək iclasda iştirak etməkdir. Yığıncaq İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda düzənləyəcəyi 13-cü zirvə toplantısına hazırlıq məqsədi daşıyır.
İclas çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.