Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında qardaşlığa və dostluğa əsaslanan strateji münasibətlərin inkişafının səviyyəsindən məmnunluq ifadə olunub.
Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini geyd ediblər.
Görüşdə, həmçinin regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.