Elmar Məmmədyarov Türkiyədə baş verən hadisələri Mövlüd Çavuşoğlu ilə müzakirə edib

Elmar Məmmədyarov Türkiyədə baş verən hadisələri Mövlüd Çavuşoğlu ilə müzakirə edib Azərbaycan xarici işlər naziri ilə türkiyəli həmkarı arasında telefon danışığı olub
Xarici siyasət
16 İyul , 2016 12:48
Elmar Məmmədyarov Türkiyədə baş verən hadisələri Mövlüd Çavuşoğlu ilə müzakirə edib

Bakı. 16 iyul. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyiniyi diqqətə çatdırıb.

O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. XİN başçısı Azərbaycanın qardaş Türkiyə xalqının demokratik yolla seçilən hakimiyyətini dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini bildirib.

E.Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.

Son xəbərlər

Orphus sistemi