Elmar Məmmədyarov Slovakiya parlamentinin spikerinin müavini ilə görüşüb

Elmar Məmmədyarov Slovakiya parlamentinin spikerinin müavini ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
1213
26 Yanvar , 2015 21:00
Elmar Məmmədyarov Slovakiya parlamentinin spikerinin müavini ilə görüşüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin spikerinin müavini Yan Figel ilə görüşüb.

Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Yan Figel iki ölkənin siyasi əlaqələrinin ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin də inkişaf etdirilməsi arzusunda olduğunu diqqətə çatdırıb.

O bu qəbildən olan rəsmi səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd etdi.

Nazir Azərbaycan tərəfindən digər ölkələr ilə əməkdaşlığında parlamentlərarası əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, iki ölkənin parlamentləri arasında təmasların artırılmasının vacibliyinə diqqət çəkib.

E.Məmmədyarov Azərbaycanın son illər ərazində əldə etdiyi siyasi-iqtisadi inkişafı, enerji siyasəti və zəngin multikulturalizm ənənələri haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi