​Elmar Məmmədyarov Rusiya baş nazirinin müavini ilə görüşüb

​Elmar Məmmədyarov Rusiya baş nazirinin müavini ilə görüşüb Görüş zamanı geniş məsələlər spektri müzakirə olunub
Xarici siyasət
25 May , 2015 23:16
​Elmar Məmmədyarov Rusiya baş nazirinin müavini ilə görüşüb

Bakı. 25 may. REPORT.AZ/ Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-də bu ölkənin hökumət sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozin ilə görüşüb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın XİN rəhbəri qeyd edib ki, Rusiyaya rəsmi səfəri çərçivəsində həmkarı Sergey Lavrov və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin ilə məhsuldar görüşü olub.

Nazir, həmçinin cari ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqların gedişatı barədə danışıb.

"Fərəhverici bir haldır ki, ən böyük nümayəndə heyəti Rusiyadan gələcək", - deyə E.Məmmədyarov bildirib.

D.Roqozin "Bakı-2015" üçün inşa edilmiş idman obyektlərinə baxmaq məqsədi ilə Bakıya səfər etməyi planlaşdırdığını diqqətə çatdırıb. O, həmçinin Rusiyanın Həndbol Federasiyasının Qəyyumlar Şurasının sədri və Praktiki Atış Federasiyasının Şura sədri olduğunu xatırladıb. D.Roqozin Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə Oyunların proqramına sambo üzrə yarışların da daxil edilməsindən razılığını bildirib.

Görüş zamanı iki ölkə arasında sosial-iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi