​Elmar Məmmədyarov Qazaxıstana səfərə yola düşüb

​Elmar Məmmədyarov Qazaxıstana səfərə yola düşüb Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Xarici siyasət
9 Sentyabr , 2015 14:03
​Elmar Məmmədyarov Qazaxıstana səfərə yola düşüb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

TDƏŞ-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

İclas sentyabrın 10-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi