Elmar Məmmədyarov Polşaya gedib

Elmar Məmmədyarov Polşaya gedib XİN başçısı Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək
Xarici siyasət
10 Aprel , 2017 09:34
Elmar Məmmədyarov Polşaya gedib
Report.az

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfərə yola düşüb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək.

Azərbaycanın XİN başçısı Polşaya səfər əsnasında aprelin 12-də Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində E.Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi