Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

    Nazir BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak edəcək

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka yola düşüb.

    Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi