Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Mövlud Çavuşoğluya başsağlığı verib

    Nazir Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb

    Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankara şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya başsağlığı məktubu göndərib.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib. Nazir terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib və bu kədərli gündə Türkiyə xalqının yanında olduğunu qeyd edib.

    Elmar Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi