Elmar Məmmədyarov Misirin yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Misirin yeni səfirini qəbul edib Bakı. 2 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimi qəbul edib.
Xarici siyasət
2 Aprel , 2018 16:03
Elmar Məmmədyarov Misirin yeni səfirini qəbul edib

Bakı. 2 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahimi qəbul edib.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin səviyyəsi və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlıqdan məmnunluq ifadə etdilər və bu münasibətlərin daha da gücləndirilməsi üçün birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər eləcə də Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu xüsusda, enerji sahəsində SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında faydalı əlaqələrin qurulduğunu qeyd edilib və bu əməkdaşlığın böyük perspektivlərinin olduğu vurğulanıb.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Nazir Elmar Məmmədyarov iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqələrin və qarşlılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib. Misirin Qoşulmama Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunaraq 3-6 aprel tarixlərində ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək BMT Təhlukəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsini diqqətə çatdırıb.

Səfir Adel İbrahim Ahmed İbrahim diplomatik fəaliyyəti müddətində tarixi dostluq əlaqələri ilə bağlı olan Azərbaycan və Misir arasında siyasi, iqtisadi, ticarət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov Adel İbrahim Ahmed İbrahimə fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi