Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Malayziyanın XİN rəhbəri ilə görüşəcək

    Görüşdə Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq

    Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Malayziyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Dato' Sri Anifah Aman ilə görüşü nəzərdə tutulub.

    Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Nazirlər həmçinin beynəlxalq gündəliyə aid olan mövzular, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barəsində də fikir mübadiləsi aparacaqlar.

    E. Məmmədyarov yanvarın 19-da Kuala-Lumpur şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək. İƏT xarici işlər nazirlərinin fövqəladə iclası Rohinqiya müsəlmanlarının vəziyyətinə həsr olunub.

    Azərbaycan XİN rəhbərinin İƏT xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində də bir sıra ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi