Elmar Məmmədyarov Lixtenşteyndə səfərdədir

Elmar Məmmədyarov Lixtenşteyndə səfərdədir Elmar Məmmədyarov Lixtenşteyn parlamentinin sədri Albert Frik ilə görüşüb
Xarici siyasət
11 Oktyabr , 2016 17:23
Elmar Məmmədyarov Lixtenşteyndə səfərdədir

Bakı. 11 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Albert Frik ilə görüşüb.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Albert Frik Bakıya səfərini, eləcə də Birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirakını xatırladaraq Azərbaycanın dinamik inkişafını və əldə etdiyi nailiyyətləri xüsusi vurğulayıb. 

O, Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini deyərək, Azərbaycan yığma komandasının Rio Olimpiya Oyunlarında əldə etidiyi yüksək nəticələrin təqdirəlayiq hal olduğunu deyib. 

Milli Məclisin sədri Oktay Əsədovla Strasburq şəhərində keçirdiyi görüşünə və apardığı məhsuldar müzakirələrə diqqət yetirən Albert Frik iki ölkə arasında əlaqələrin inkişafında parlament ölçülərinin əhəmiyyətini vurğulayıb. 

Elmar Məmmədyarov Albert Frikin ötən il Bakıya səfəri ilə Azərbaycan və Lixtenşteyn arasında siyasi dialoq üçün yeni imkanların yarandığını qeyd edib və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyini deyib. 

Nazir ölkədə aparılan köklü iqtisadi islahatlardan, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrdən söz açıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu söyləyib. O, Lixtenşteyn şirkətlərini Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən iqtisadi layihələrdə iştirak etməyə işləməyə dəvət edib.

Elmar Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verib. Nazir Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğunu qeyd edib. E.Məmmədyarov əlavə edib ki, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və münaqişənin həllində irəliləyişə nail olunması üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və parlamentlərarası əlaqələrinin genişləndirilməsinin yolları ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi