Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvaya rəsmi səfərə yola düşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Litva xarici işlər naziri Linas Linkeviçius və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.