Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib
Xarici siyasət
26 Avqust , 2015 16:55
Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. 26 avqust. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuris Maklakovsi qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə səfir Yuris Maklakovs etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Y.Maklakovs diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi