Elmar Məmmədyarov Latviya Milli Kitabxanasına Dağlıq Qarabağla bağlı kitab hədiyyə edib

Elmar Məmmədyarov Latviya Milli Kitabxanasına Dağlıq Qarabağla bağlı kitab hədiyyə edib Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Kitabxanasını ziyarət edib.
Xarici siyasət
12 Dekabr , 2019 13:58
Elmar Məmmədyarov Latviya Milli Kitabxanasına Dağlıq Qarabağla bağlı kitab hədiyyə edib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Kitabxanasını ziyarət edib. 

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.  

E.Məmmədyarovu Milli Kitabxananın direktoru Andris Vilks qarşılayıb. Kitabxana haqqında məlumat verən A.Vilks Xarici İşlər nazirinə kitab hədiyyə edib.

Nazir Elmar Məmmədyarov Latviya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında daimi təmasların xalqlararası əlaqələrə töhfə verəcəyini qeyd edib.

Nazir, Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitab hədiyyə edib. E.Məmmədyarov həmçinin Kitabxanada yaradılan və Azərbaycana həsr edilən müxtəlif kitablardan ibarət daimi Azərbaycan guşəsi ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi