Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini ilə görüşüb

Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini ilə görüşüb Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin indiki durumu və perspektivlər barəsində fikir mübadiləsi aparılıb
Xarici siyasət
16 mart 2017 14:25
Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini ilə görüşüb
courtesy image

Bakı. 16 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İtaliya Respublikasının sabiq xarici işlər naziri Franko Frattini ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə 2017-ci ildə Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu xatırlanaraq, bu illər ərzində iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrində yüksək səviyyəli münasibətlər qurulduğu qeyd olunub. Xüsusilə iqtisadi sahədə əməkdaşlıqdan bəhs edilərək, bu xüsusda TAP layihəsinin regional əhəmiyyətinə toxunulub.

Həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin indiki durumu və perspektivlər barəsində fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi