Elmar Məmmədyarov İsveçrə və Malayziyanın yeni səfirlərini qəbul edib - YENİLƏNİB

Elmar Məmmədyarov İsveçrə və Malayziyanın yeni səfirlərini qəbul edib - YENİLƏNİB Xarici İşlər naziri Elmar Məmmədyarov həmçinin Malayziyanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofu qəbul edib.
Xarici siyasət
2 İyul , 2019 18:36
Elmar Məmmədyarov İsveçrə və Malayziyanın yeni səfirlərini qəbul edib - YENİLƏNİB

Xarici İşlər naziri Elmar Məmmədyarov həmçinin Malayziyanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Dato Yubazlan Bin Yusofu qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və insanlararası təmasların artırılmasının vacibliyi vurğulanıb. İqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün geniş potensialın mövcudluğunu bildirən tərəflər bu xüsusda enerji və nəqliyyat sektorlarını xüsusilə qeyd ediblər.

Tərəflər iki ölkə arasında yüksək səviyyəli səfərlər mübadiləsinin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu ifadə ediblər.

Səfir Dato Yubazlan Bin Yusof ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov Dato Yubazlan Bin Yusofa diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.


*** 18:26

Xarici İşlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Müriel Peneveyreni qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib. 

O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə ehtiyac duyulduğunu söyləyən nazir ötən həftə baş tutmuş iqtisadi və ticarət məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclasını bu xüsusda mühüm tədbir qismində qiymətləndirib.

M.Peneveyre ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.

Sonda E.Məmmədyarov M.Peneveyre diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi