Yuxarı

Elmar Məmmədyarov İsveçin XİN başçısı ilə görüşüb

M.Vallstrem Şərq Tərəfdaşlığı məsələsini diqqət mərkəzində saxlamağı təklif edib

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isveçli həmkarı Marqot Vallstremlə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Görüşdə E.Məmmədyarov Azərbaycan-İsveç münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib və bu münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

E.Məmmədyarov isveçli həmkarına Dağlıq Qarabağ problemi ətrafındakı son vəziyyət barədə məlumat verib. Eyni zamanda, azərbaycanlı nazir bildirib ki, yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsdərləri ilə görüş gözlənilmir.

Öz növbəsində, M.Vallstrem Azərbaycanın da daxil olduğu "Şərq Tərəfdaşlığı" layihəsinin perspektivlərinə toxunub. Onun sözlərinə görə, İsveç həmişə "Şərq Tərəfdaşlığı" ilə bağlı bütün proseslərin mərkəzində olub. Xanım Vallstrem "Şərq Tərəfdaşlığı" məsələsini diqqət mərkəzində saxlamağı təklif edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi